Vikipediya:Kənd meydanı

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search


Cute-Ball-Search-icon.png Kənd meydanında axtarış


Kənd meydanı
Kənd Meydanına Xoş Gəldiniz!

Bu səhifənin məqsədi Vikipediya ilə əlaqədar olan və cavabını bilmədiyiniz suallar verə biləcəyiniz xəbərləşmə məkanı yaratmaqdır. Vikipediyada yalnız texniki və idarəetməyə dair mövzular burada müzakirə edilir. IRC kanalımızda digər Vikipediyaçılara eyni zamanda da danışa bilərsiniz.

Burada yeni bir müzakirə açmazdan əvvəl:

Bu səhifədə yazarkən:

Təkliflər Transliterasiya İdarəçilərə müraciət Aktual hadisələr

Şablon: Hərbi münaqişə

Salam hər kəsə. İdarəçilərdən bir xahişim var. Zəhmət olmasa Şablon:Hərbi münaqişə bu şablona baxardınız. Yaratdığım Gürcüstan-Osetiya münaqişəsi (1918–20) adlı məqalədə şablondan istifadə edib düzgün doldursamda şablonun yalnızca adı görsənir, yəni məlumatlar görsənmir. --Murad İsmayılzadə (müzakirə) 11:49, 31 oktyabr 2019 (UTC)

Murad İsmayılzadə məqaləyə baxın, şablonu doldurarkən --> işarələri silmək lazım idi. --Araz Yaquboglu (müzakirə) 14:07, 31 oktyabr 2019 (UTC)

Araz Yaquboglu anladım. çox sağolun! --Murad İsmayılzadə (müzakirə) 16:01, 31 oktyabr 2019 (UTC)

Mövzulu ay - Dekabr

Salam dəyərli vikipediyaçılar. Bu başlıq altında növbəti mövzulu ay üçün təkliflərinizi qeyd edə bilərsiniz. Eyni zamanda qeyd edim ki, növbəti aydan mövzulu aylarda bəzi dəyişikliklər ediləcək. Qaydalarda və qiymətləndirmədə bəzi dəyişikliklər olunacaq və bu dəyişikliklər sizə yaxın günlərdə sizə təqdim ediləcək. Növbəti aydan atrıq Asiya ayı və Viki Qafqazı Sevir layihələrində olduğu kimi məqalələrin hesablanmasını Fountain aləti ilə aparmağı düşünürük. Hörmətlə --eldarado 17:57, 7 noyabr 2019 (UTC)

Salam, həmkar. Hərhalda ümumi qərarı vikicəmiyyət verəcək ama Skandinaviya və ya İrlandiya ayına, məncə, ehtiyac var. Çünki hər iki mövzuda azvikinin böyük zəifliyi hiss olunur. Hörmətlə: AfraimMammadov (müzakirə) 18:03, 7 noyabr 2019 (UTC)
Adətən dekabr ümumi yekunlaşdırma ayı deyil idi? Qaralama, kateqoriyasız və başqa yarımçıq səhifələr üçün, yəni. Məncə, elə də qalsa, yazxşı olardı. --Мурад 97 (müzakirə) 01:57, 8 noyabr 2019 (UTC)
Fountain aləti ilə hesablanmanın aparılmasını dəstəkləyirəm. Bu bir çox qaranlıq məsələlərə aydınlıq gətirəcəyini düşünürəm.--Q🅾⚓Ç🅾Ⓜ🅰Q 06:43, 8 noyabr 2019 (UTC)
AfraimMammadov, İrlandiya ayı ola bilər məncə də. Мурад 97, Təkmilləşdirmə ayını nəzərdə tutursunuzsa o hər il yanvar ayında baş tutur. --eldarado 11:59, 8 noyabr 2019 (UTC)
Bəli, onu nəzərdə tuturdum. Onda AzVikidə çox məqaləsi olmayan bir mövzu olsun. Məsələn, Afrika ayı, adalı dövlətlərin ayı, okeanlar ayı, xaç yürüşləri ayı və s.. --Мурад 97 (müzakirə) 13:09, 8 noyabr 2019 (UTC)
AfraimMammadovun dediyi kimi Skandinaviya ölkələri (İsveç, Norveç və Danimarka) ayı olsun. --Araz Yaquboglu (müzakirə) 15:15, 8 noyabr 2019 (UTC)
Məncə biologiya və ya botanika ayı ola bilər. Azvikidəki qaralama halındakı məqalələrin 90 faizi məhz bu mövzudadır. Təsadüfi səhifə bölməsinə daxil olduqda hər 10 məqalədən 4-5-i qaralama halında olan bitkilər haqqında məqalələrdir. Düşünürəm ki, bu mövzuda boşluqlar çoxdur.--Sofy 16:19, 8 noyabr 2019 (UTC)
Skandinaviya maraqlı mövzudur. Planı hazırlamaqda kömək edən olacaqsa sabahdan Mövzulu ayın yeni qaydalarını tərtib eliyim və müzakirəyə çıxarım.--eldarado 19:16, 8 noyabr 2019 (UTC)
+ Lehinə. Hörmətli Eldarado, hesablamanı fountain aləti ilə aparmanızı dəstəkləyirəm, düşünürəm ki, bu üsul daha şəffafdır. Mövzulu ay seçimində isə hər birinizə uğurlar arzulayıram. Yaxşı təklifldir. --Turkmen müzakirə 20:18, 8 noyabr 2019 (UTC)
Skandinaviyanı geniş mənasında (İslandiya, Finlandiya, Qrinlandiya və Farer adalarını sayaraq) alırıq? Onda bunu sadəcə Skandinaviya yox, Şimali Avropa ayı adlandıra bilərik. --Мурад 97 (müzakirə) 23:57, 8 noyabr 2019 (UTC)
Təklif edirəm TolkinMotsart ayları təşkil edilsin. Hər iki şəxsin əsərləri, həyatı və sair mövzularda çoxlu məqalələr yaradıla bilər və cəmiyyətin maarifləndirilməsi üçün əhəmiyyətli olduğunu düşünürəm. Əgər mmövzulardan birinin istifadə olunmasına qərar versəz işçi planını mən hazırlaya bilərəm. Nəzərə almaq lazımdır ki, say artırılması üçün məqalə yaradılmasını yox, hansısa status almağa layiq məqalələr işlənməsini təklif edirəm. Envikidə hər iki mövzu ilə bağlı status almış çoxlu sayda məqalələr, həmçinin status almamış, lakin kifayət qədər informativ məqalələr mövcuddur. Bir neçə istifadəçi birləşib bir məqaləni də işləyə bilər. Bu vaxta kimi azvikidə belə təcrübə olmayıb, məncə reallaşdırılsa maraqlı olar. Hörmətlə --sefer azeri 09:13, 9 noyabr 2019 (UTC)
Sefer azeri, maraqlı təklifdir, dəstəkləyirəm. Gələn ilin ilk aylarına sala bilərik. O vaxta kimi də planı ətraflı hazırlamaq olar. --eldarado 11:00, 9 noyabr 2019 (UTC)
Eldarado dəstəyinizə görə minnətdaram. Nə vaxta planlaşdırsaz mənə xəbər edin plan işləyim. Hörmətlə --sefer azeri 11:39, 9 noyabr 2019 (UTC)
Sefer azeri, sizinlə razıyam, həqiqətən, azvikinin ehtiyacı olduğu mövzulardı. Düşünürəm ki, incəsənət və ya sırf musiqi ilə bağlı vikilayihələr də yaratmaq olar. Əgər bu barədə düşünsəniz, istifadəçi səhifəmdə mail ünvanım var, böyük məmnuniyyətlə kömək edərəm. Hörmətlə -- AfraimMammadov (müzakirə) 18:11, 9 noyabr 2019 (UTC)

Hörmətli Мурад 97, mövzu Skandinaviyadırsa təbii ki, Norveç, İsveç və Danimarka nəzərdə tutulur. --eldarado 12:34, 10 noyabr 2019 (UTC)

Eldarado, Qrenlandiyasız Danimarka? --Мурад 97 (müzakirə) 14:04, 10 noyabr 2019 (UTC)
Мурад 97, əslində ərazi olaraq götürsək Norveç, İsveç, Laplandiyanın bir hissəsi və Murmansk vilayətinin şimal-qərb hissəsini götürməliyik. Amma məsələni belə qəlizləşdirməyək məncə. Skandinaviya dedikdə ağla hansı ölkələr gəlirsə onları daxil edək müsabiqəyə. Mənim fikrimcə Norveç, İsveç və Danimarka olsun. --eldarado 15:46, 10 noyabr 2019 (UTC)
Eldarado, bildim. Ancaq, Qrenlandiyanı ona görə soruşuram ki, o rəsmən Danimarkanın hissəsidir, amma coğrafi və muxtariyyat olaraq ayrı sayılır. Ona görə onu sayıb-saymadığımız mənə hələ də aydın deyil, sözün açığı. --Мурад 97 (müzakirə) 15:52, 10 noyabr 2019 (UTC)
Мурад 97, fərq etməz buna özümüz qərar verə bilərik. Qrenlandiyanın özü haqqında da ayrı bir ay keçirtmək olar, bu müsabiqəyə də daxil etmək olar. --eldarado 19:01, 10 noyabr 2019 (UTC)

Eldarado Skandinaviya ölkərinə Danimarka, İsveç və Norveçlə yanaşı, İslandiya, Finlandiya, Farer adaları da daxil edilir. Məncə bu ölkələri də aya qoşmaq olar.--127-ci yapon imperatoru 16:05, 11 noyabr 2019 (UTC)

White Demon, məncə gələcəkdə Şimali Avropa ayı keçirsək onları da əlavə edərik. Amma yenə də istəyirsinizsə əlavə edək. --eldarado 18:03, 11 noyabr 2019 (UTC)
White Demon dediyi kimi, Skandinaviya ayı yaxşı təklifdir amma Danimarka, İsveç və Norveçlə yanaşı, İslandiya, Finlandiya, Qrenlandiya, Farer adaları və Aland adalarını daxil etmək lazımdır--Azerifactory (müzakirə) 13:05, 17 noyabr 2019 (UTC)

Yeni qaydalar

Xülasə: Yeni məqalə, XXXX haqqında, yaxşı keyfiyyətdə, minimum 3000 bayt və 250 söz, 2019-cu ilin dekabr ayı müddətində yaradılmalı, siyahı olmamalı.

XXXX ayı çərçivəsində yaradılan məqalələr aşağıdakı şərtlərə cavab verməlidir:

  • Yeni məqalə 1 dekabr 2019-cu ildən (saat 00:00) 31 dekabr 2019-cu ilə qədər (saat 23:59) olan dövrdə yaradılmalıdır.
  • Məqalə XXXX haqqında olmalıdır.
  • Məqalənin ölçüsü azı 3.000 bayt olmalı və içərisində azı 250 söz işlənməlidir.
  • Məqalə ensiklopedik cəhətdən əhəmiyyətli olmalıdır.
  • Məqalədə lazımı qədər istinad olmalıdır.
  • Məqalə maşın tərcüməsi ilə yaradılmamalıdır, aydın dildə yazılmalıdır.
  • Məqalə məlumatlandırıcı olmalıdır.
  • Məqalədə onun bəzi kriteriyalara cavab vermədiyini göstərən şablonlar olmamalıdır. Məsələn, {{orijinal tədqiqat}}, {{tərəfli}}, {{mənbə azlığı}} və s.
  • Məqalə siyahı olmamalıdır. Lakin seçilmiş statusu alarsa, dəyərləndiriləcəkdir.

Qeyd:

  • Məqalənin qəbul olunub-olmamasını sonda ancaq Jüri üzvləri müəyyənləşdirir.

Yeni qiymətləndirmə metodu

  • Qəbul olunan hər bir məqalə keyfiyyətinə görə 1-3 arası xal ilə qiymətləndirilir.
  • Böyük həcmli məqalələrə əlavə olaraq 1 xal verilir (Bu xal məqalənin keyfiyyətinə aid deyil).

PS: Qaydaların böyük əksəriyyəti beynəlxalq layihələrin qaydalarına uyğunlaşdırılıb. Tarixlər nümunə üçündür. Təklif və ya etirazlarınız varsa qeyd edə bilərsiniz. Hörmətlə --eldarado 22:25, 8 noyabr 2019 (UTC)

Şərh Şərh: Məqalə məlumatlandırıcı olmalıdır. bəndi artıqdır məncə. Çünki ölçüsü azı 3.000 bayt olmalı və içərisində azı 250 söz işlənmiş ensiklopedik cəhətdən əhəmiyyətli olan və lazımı qədər istinad olan məqalə əlbəttə ki, məlumatlandırıcı olacaq. --Drabdullayev17 (müzakirə) 11:06, 9 noyabr 2019 (UTC)
Haqlısız --eldarado 11:42, 9 noyabr 2019 (UTC)
Yaxşı ideyadır amma juridə kim olacaq?--Azerifactory (müzakirə) 13:06, 17 noyabr 2019 (UTC)
Salam. Bu qaydalar sadəcə yeni məqalələrə aiddir. Sizcə də yeni şablonlara və ya təkmilləşdirilən məqalələrə aid müddəalar olmamalıdırmı?--Sofy 13:55, 19 noyabr 2019 (UTC)
Azerifactory, Juri üzvləri əvvəlki kimi mən, wertuoseQolcomaq olacaq. Əlavə olaraq təşkilatı işlərdə Araz Yaquboglu bizə dəstək olacaq. Gələcəkdə qiymətləndirmə ilə bağlı narazıçılıq olarsa və ya jüri üzvləri könüllü olaraq imtina edərsə istifadəçi qrupu tərəfindən yeni jüri üzvü təyin oluna bilər. Sofy2004, yaxşı sual oldu. Yeni qaydalarda şablon, kateqoriya və şəkillər xal olaraq qiymətləndirilməyəcək. Yalnız yeni yaradılan və redaktə olunan məqalələr nəzərə alınacaq. Təkmilləşdirilən məqalələrdə də eyni həcmdə, sayda bayt və söz əlavə olunmalıdı ən azı. Hətta mən təklif edirəm ki, yalnız yeni yaradılan məqalələr qəbul olunsun, çünki artıq müsabiqə çərçivəsində çox kiçik həcmli məqalələr qəbul olunmayacağı üçün kiçik həcmli məqalələrin sayı sürətlə artmayacaq. Mövcud kiçik həcmli məqalələr də Təkmilləşdirmə ayında genişləndirilə bilər. --eldarado 14:14, 19 noyabr 2019 (UTC)
Mənim arzuladığım və çoxdan az vikidə görmək istədiyim bir sistemdir. Bu sistemdə zatən özü bir juridir. Jurinin üzərinə daha az yük düşməsi ilə yanaşı insan faktorunuda müəyyən mənada olduqca azaldacaqdır. Bircə məni narahat edən məsələ ümumi məqalədə sözün 250 olmasıdır. Belə ki, görəsən az vikinin istifadəçiləri buna hazırdırmı. Məncə söz 150 və ya 200 olması hazırkı zamanda daha keçərlidir. Təkcə yeni hazəırlanacaq məqlələrin qiymətləndirilməsini düzgün saymıram. Çünki bizim vikidə 10 minlərlə 1-2 cümləlik məqalə var, onlarında genişləndirilməsinə ehtiyac vardır. bir ayla bunları həll etmək mümkün olmayacaq. Amma ümumən layihəni və yeniliyi dəstəkləyirəm__Q🅾⚓Ç🅾Ⓜ🅰Q 21:00, 19 noyabr 2019 (UTC)
Məncə də söz sayı 200 qeyd edilsin. --Araz Yaquboglu (müzakirə) 14:19, 20 noyabr 2019 (UTC)
250 daha yaxşı olar fikrimcə. Artıq daha keyfiyyətli məqalələr yaradılmalıdı müsabiqələrdə. Onsuz növbəti ayı artıq alətdə 250 söz qeyd eləmişəm, əgər etiraz sayı çox olsa növbəti aylarda endirərik. Hörmətlə --eldarado 17:37, 20 noyabr 2019 (UTC)
Qiymətləndirmə metodu və mövzulu ayla bağlı mənim də bir neçə təklifim olacaq:
  1. Söz sayının 250 olmasını dəstəkləyirəm, hətt 300 belə ola bilər. Çünki AzVikinin son dövrlərdə dərinliyi müsbət görünmür. Və yenə bu səbəblə, Qolcomaqın dediyi kimi, həcmcə az olan məqalələrin genişləndirilməsi də müsabiqəyə daxil olsa, yaxşı olar.
  2. Şablon və kateqoriyaların da həmçinin dəyərləndirilməsi də vacibdi deyə düşünürəm. Düzdü, Vikipediyamız hələ məqalə cəhətdən geridədi və üstünə düşəcəyimiz əsas məqam da bu olmalıdı. Ancaq bununla yanaşı qısa keçid rolu oynayan şablon və kateqoriyaların olması məqalənin vizuallığını artırır. Fikrimcə, həcmcə müəyyən baytı keçmiş və çox sayda məqaləyə (nə qədər məqalə?) əlavə olunan kateqoriyalar müsabiqəyə daxil ola bilər.
  3. Keçirilən hər aydan sonra o ayla bağlı ən az 2-3 VikiLayihənin yaradılması da müəyyən yolla təşviq edilə bilər. Bundan əlavə ayla bağlı yaradılacaq portalların da qiymətləndirilməsini istəyərdim
Hörmətlə: AfraimMammadov (müzakirə) 18:09, 20 noyabr 2019 (UTC)