Vikipediya:Həftənin seçilmiş siyahısı/noyabr 2019

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search

Həftənin seçilmiş siyahısı arxivi

2017: İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2018: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2019: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2020: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


Keşi təmizlə

45. Həftə
Azərbaycan Radiosu loqosu.png
Azərbaycandilli radio kanalların siyahısıAzərbaycandilli radio kanalların siyahısı. Azərbaycanda ilk azərbaycandilli radio 6 noyabr 1926-cı ildə Azərbaycan Dövlət Radiosunun (indiki Radio Respublika) yaradılması ilə yaranmışdır. 1930-cu ildə Naxçıvan şəhərində yerli radionun yaradıması ilə ilk Azərbaycandilli regional radio yaranmışdır. 1953-cü idlə Almaniyanın Münhen şəhərində ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatı olan Azadlıq Radiosunun Azərbaycanca xidmətinin yayıma başlaması ilə ilk dəfə olaraq Azərbaycandan xaricdə Azərbaycandilli radio yaranmışdır.

26 may 1994-cü ildə ANS ÇM radiostansiyasının fəaliyyətə başlaması ilə Azərbaycan ərazisində ilk Azərbaycandilli özəl radio yaranmışdır. 5 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin 794 saylı fərmanı ilə televiziyaradio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası yaradılmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


46. Həftə
Nobel2008Economics news conference1.jpg
İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısıİsveç Kral Elmləri Akademiyası tərəfindən hər il iqtisadi elmlər sahəsində araşdırma aparan tədqiqatçılara verilir.

İlk mükafatın qalibləri 1969-cu ildə Raqnar FrişYan Tinberqen olmuşdur. Hər bir laureat medal, diplom və miqdarı hər il dəyişən pul mükafatı alır. 1969-cu ildə Tinberqen və Frişə 375,000 İsveç kronu verilmişdi(bu pul 2007-ci ildə 2,871,041 İsveç kronudur). Mükafat Stokholmda Alfred Nobelin vəfatının ildönümü olan dekabrın 10-da illik mərasimdə təqdim olunur

2018-ci ildəki mükafatla birlikdə 50 İqtisadiyyat üzrə Nobel mükafatı 81 şəxsə verildi. 2007-ci ilə qədər 9 mükafatla ən çox mükafatın əldə edildiyi sahə makroiqtisadiyyatdır. 2018-in oktyabrından etibarən ən çox laureata sahib universitet 32 laureatla Çikaqo Universiteti olmuşdu.


baxmüzakirə etredaktə ettarixçə


47. Həftə
Miss World logo.svg
Miss Dünya titulunu qazananların siyahısıMiss Dünya titulu 1951-ci ildə Erik Morley tərəfindən təsis edilib və müsabiqə ilk dəfə İngiltərədə baş tutub. 2000-ci ildə Erik Morleyin vəfatından sonra həyat yoldaşı Culiya Morley təşkilata həmsədr seçilib. Miss Dünya titulu rəqabət apardığı Miss Kainat və Miss Yer ilə birlikdə dünya üzrə tanınan məşhur müsabiqələrdən biridir.

Qalib şəxs həm də, bir il ərzində Birləşmiş Millətlər Təşkilatının təmsilçisi seçilir və BMT ilə bağlı müxtəlif tədbirlərdə iştirak edə bilir. Ənənəvi olaraq Miss Dünyanın qalibi bir il müddətində Londonda yaşayır. Müsabiqənin son mərhələsində 15, yaxud 20 yarımfinalçı qalır. Bu mərhələdə müxtəlif tədbirlər, şənliklər həyata keçirilir və bütün dünyada canlı yayımlanır.


baxmüzakirə etredaktə ettarixçə


48. Həftə
Population density countries 2018 world map, people per sq km.svg
Əhalisinə görə meqapolislərin siyahısı — Siyahıda dünyanın müxtəlif ölkələrindən olan meqapolislərin əhalisi ardıcıllıqla düzülmüşdür. Meqapolis və ya iri şəhərlər deyildikdə, əmək bazarının böyük iş yerlərinin sıx olduğu bölgələr və bu zonalara birbaşa bağlı olan ətraf ərazilər nəzərdə tutulur. Hal-hazırda meqapolis anlayışının dünyada dəqiq tərifi yoxdur. Bu səbəbdən də, şəhərlər arasında müqayisə çətinləşir. Əhalisinə görə meqapolislərin siyahısında bütün iri şəhər və metropolislərdəki əhalinin sayı hökumətlərin müəyyən illərdə keçirilmiş siyahıyaalmalarına əsaslanır.

Siyahıda 39 ölkədən 100 metropolitan şəhər yer almışdır.


baxmüzakirə etredaktə ettarixçə