Vasim Məmmədəliyev

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Vasim Məmmədəliyev
Vasim Məmmədəliyev.JPG
Məmmədəliyev Vasim Məmmədəli oğlu
Doğum tarixi 27 avqust 1942(1942-08-27)
Doğum yeri SSRİ SSRİ
Azərbaycan Azərbaycan SSR, Bakı
Vəfat tarixi 13 oktyabr 2019 (77 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi şərqşünaslıq
Elmi dərəcəsi Akademik
İş yeri Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi
Təhsili
Üzvlüyü Azərbaycan Milli Elmlər Akademiyası
Mükafatları Azərbaycan Respublikası Əməkdar Elm Xadimi
Dağıstan Respublikasının Əməkdar Elm Xadimi
"Şöhrət" ordeni (Azərbaycan) "Şərəf" ordeni
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Vasim Məmmədəliyev (Məmmədəliyev Vasim Məmmədəli oğlu; 27 avqust 1942(1942-08-27), Bakı13 oktyabr 2019(2019-10-13), Bakı) — şərqşünas-alim, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü. Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri (1997)

Həyatı və fəaliyyəti[redaktə | əsas redaktə]

Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olmuşdur . 1949-1959 - Bakı şəhər 113 saylı orta məktəbdə təhsil almışdır. 13 oktyabr 2019 da vəfat etmişdir

1959-1964 - BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir. 1965-1968 - Tbilisi Dövlət Universitetində aspirant.

  • 1978-ci ildən professordur.
  • 1981-1991 - BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı.
  • 1989 - İraq Elmlər Akademiyası, 1994 - İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyası, 1995 - Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyası, 2003 - Misir Ərəb dili Akademiyasının üzvü seçilmişdir.
  • 1991-1992 - BDU-nun prorektoru.
  • 1992-ci ildən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri.
  • 1992 - Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
  • 1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri.
  • 2001 - AMEA-nın müxbir üzvü seçilmişdir.
  • 2002 - «Şöhrət ordeni» ilə təltif edilmişdir.
  • 2003 - Dağıstan Respublikasının Əməkdar elm xadimi adına layiq görülmüşdür.
  • 2007 - Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir.
  • 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik etmişdir. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilmişdir.
  • Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Küveyt və digər ölkələrlə sıx elmi əməkdaşlıq əlaqələri var.
  • Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunmuşdur.

Azərbaycan - İraq Dostluq Cəmiyyətinin sədridir.

27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvüdür[1].

  • Ailəlidir, iki qızı, bir oğlu var.
  • 13 Oktyabr 2019-cu ildə vəfat edib

Beynəlxalq seminar, simpozium və konfraslarda iştirakı[redaktə | əsas redaktə]

Seçilmiş əsərləri[redaktə | əsas redaktə]

  • 2006 - İslam və gənclik
  • 2006 - Mövlana Cəlaləddin Rumi yaradıcılığında Məsnəvi (Q.T. Məmmədəliyeva ilə birlikdə)
  • 2006 - Milli jurnalistikamızın patriarxı. Mətbuatımızm klassiki.
  • 2006 - Ərəb dili proqramı (bakalavr pilləsi üçün) (N. Məmmədovla birlikdə)
  • 2006 - Globalization in Estimation of Muslim Scientists (ingilis dilində)
  • 2005 - İslamda məzhəblərin yaxınlığı və yaxınlaşmanın əsas istiqamətlərinə dair bəzi mülahizələr
  • 2005 - Ərəb dilçiliyi ümumi dilçiliyin əsas qollarından biri kimi
  • 2004 - Dünya şöhrətli alim Rüstəm Əliyev fenomeni
  • 2004 - Ərəb ədəbi dilində şərt budaq cümləli tabeli mürəkkəb cümlələr
  • 2004 - İslam əxlaqı və onun əsas prinsipləri
  • 2004 - Müsəlman alimlərinin qloballaşmaya münasibətinə dair bəzi qeydlər
  • 2004 - S.S.Rəşadinin «Sərf nəhv» kitabı haqqında
  • 2004 - Sibəveyhiyə tutulan iki məşhur irad barəsində bir neçə söz. Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri
  • 2003 - Əbu Həyyanın bəzi dilçilik görüşləri
  • 2003 - Təsəvvüfdə ariflə alimin fərqi. Şərqşünaslığın aktual problemləri.(Q.T. Məmmədəliyeva ilə birlikdə)
  • 2003 - Aida İmanquliyeva Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri kimi
  • 2002 - Islam against terrorism, extremism and aggression. Cooperation for peace in the Caucasus. (Tbilisi)
  • 2002 - Сравнительный анализ индикативных и императивных наклонений в арабском языке и иврите (C. Fərzəliyevlə birlikdə)

Mükafatları[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

Həmçinin bax[redaktə | əsas redaktə]

Vikianbarda Vasim Məmmədəliyev ilə əlaqəli mediafayllar var.

Xarici keçidlər[redaktə | əsas redaktə]