Portal:Teatr

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
redaktə  

"Həyat bir səhnədir, teatrdan fərqli olaraq burada hər kəs özünü oynayır "

Üçüncü zəng çalınır, pərdə qalxır...
BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Austrian-drape.gif
Teatr portalına
Xoş Gəlmişsiniz!
Austrian-drape.gif


redaktə  

Pyeslər

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Poster of play Devil.jpg

İblis  — Pyesdə hadisələr Birinci Dünya müharibəsi zamanı Yaxın Şərqdə baş verir. Əsərin baş qəhrəmanı Arif insani və romantik bir gəncdir. İblisin obrazına müraciət edən Hüseyn Cavid, maddi zənginlik üçün ruhlarını şeytana satan insanları təsvir edirdi.[7] Müəllifə görə, ruhlar azad deyil, şeytan tərəfindən əsir tutulmuşdur. Məhz pis ruh insanların ruhuna hakimdir; hansılar üçün həyatda maddi məhsullar əsas stimuldur. Pyesdə Cavid tərəfindən qarşılanmayan ədalətsiz, qəddar, qanlı bir döyüş əks olunur.


redaktə  

Rejisorlar

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Luchino Visconti 5.jpg

Lukino Viskonti di Modrone (it. Luchino Visconti di Modrone; 2 dekabr 1906, Milan — 17 mart 1976, Roma) — italyan opera və teatr rejissoru, kinorejissor. Viskonti zadəgan nəslinin qollarından birinin nümayəndəsi. Onun tam adı və titulu belədir: don Lukino Viskonti di Modrone, Lonate Possolo qrafı, sinyor di Korcelo, konsinyor di Somma, Krenna və Anyadello, Milan patrisisi. Viskonti yaradıcılığına 1936-cı ildə neorealizmin yüksək zirvəsində olan "Torpaq titrəyir" filmini çəkməklə başlamışdır. Cəmiyyətdə baş verən dəyişikliklərə qarşı həssas olan rejissor İtaliyanın müharibədən sonrakı dövrdə inkişaf mərhələsini yaradıcılğında dəqiqliyi ilə əks etdirmişdir. O, zamanın tələblərinə cavab verən və təəccübləndirməyi bacaran rejissorlardan biri olmağına baxmayaraq həmişə özünə sadiq qalmışdır. Neorealizmin təməlini qoyanlardan biri olan Viskonti İtaliya kinematoqrafının ən peşəkar rejissorlarından biri hesab edilir. İtaliya rejissorları arasında o, dərin düşüncəyə malik, həssas, sadəlövh, estetizmə qapılan bir sənətkar kimi tanınır. Viskonti bir çox filmlərində dünyanın aydın və harmonik dərk olunması üçün estetik epizodlardan istifadə edirdi. Bu epizodlarda tamaşaçı gözəl insanları və gözəl əşyaları görür. O, cəmiyyətdəki dəyişikliklərə qarşı çox həssas olduğundan həm sosioloji, həm də psixoloji filmlər çəkməyə üstünlük vermişdir.


redaktə  

Aktyorlar

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Nəcibə Məlikova.jpg

Nəcibə Haşımbəy qızı Məlikova (25 oktyabr, 1921-ci il, Buzovna, Bakı - 27 iyul, 1992-ci il, Bakı) — Azərbaycan Respublikası Xalq Artisti. İlk əvvəl kino aktrisası kimi şöhrətlənmiş, yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlı olan Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. İlk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya gəlib və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb.


redaktə  

Teatrlar

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı.jpg

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı — XX əsrin 20-ci illərində yaranmış Azərbaycan teatrı. 1927-ci il mart ayının 15-də, Bakıda, Uşaq Teatrı pioner və məktəblilərin bədii özfəaliyyət dram dərnəklərinin əsasında yaranıb. 14 yaşlı Ağadadaş Qurbanovun təşəbbüsü ilə hazırlanan «Fırtına» tamaşası respublikamızda uşaq teatrının yaranmasının təməlini qoymuşdur. 1928-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Uşaq teatrı rəsmi olaraq fəaliyyətə başlamışdır. Teatrın ilk aktyorları və rejissorları Ağadadaş Qurbanov, Məmmədağa Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov, Susanna Məcidova, Cavahir İskəndərova, Süleyman Ələsgərov, Hüseynağa Sadıqov, Kərim Həsənov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Əliməmməd Atayev və başqaları olmuşlar.


redaktə  

Təqvim

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Noyabr


redaktə  

Dramaturqlar

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Victor hugo.jpg

Viktor-Mari Hüqo (fr. Victor Marie Hugo; 26 fevral 1802, Fransa- 22 may 1885, Fransa) — böyük fransız yazıçı, dramaturq, şair, publisist. Utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri. Hüqo başlıca olaraq özünün poetik və dramatik əsərləri ilə şöhrət qazanmışdır. Nəzm əsərləri arasında "Düşüncələr" (Les Contemplations) və "Əsrlərin əfsanəsi" (Légende des siècles) kimi poemaları daha məşhurdur. Dünya oxucularının isə ən çox bəyəndiyi əsərləri yəqin ki, "Səfillər" (Les Misérables, epopeya) və "Notrdam qozbeli" (Notre-Dame de Paris), "Edam məhkumunun son günü" romanlarıdır.


redaktə  

Şəkil qalereyası

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png

Die Fledermaus 1.jpg
Yarasa, İohann Ştraus Pittsburq Opera Teatrı, 200


Teatr Vikixəbərdə     Teatr Vikisitatda     Teatr Vikikitabda     Teatr Vikimənbədə     Teatr Vikilüğətdə     Teatr Vikiversitetdə     Teatr Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər & Mətnlər Mətnlər Sözlər Dərs mənbələri Mediafayllar
Wikinews-logo.svg
Wikiquote-logo.svg
Wikibooks-logo.svg
Wikisource-logo.svg
Wiktionary-logo.svg
Wikiversity-logo.svg
Commons-logo.svg