Portal:Coğrafiya

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search


redaktə  

γεωγραφία

Rotating earth (Very small).gif
Coğrafiya portalına
xoş gəlmisiniz!
MonthlyMeanT.gif



redaktə  

Əlaqəli portallar



Europe (orthographic projection).svg
Members of Asian Tennis Federetaion.png
Africa (orthographic projection).svg
BK North America (orthographic projection).png
Location South America.png
Oceania (orthographic projection).svg
Antarctica (orthographic projection).svg
Avropa Asiya Afrika Şimali Amerika Cənubi Amerika Avstraliya və Okeaniya Antarktida

Okeaniya  Avstraliya  - Yeni Zelandiya




redaktə  

Qitələr


redaktə  

Cscr-featured.svg Seçilən məqalə

Coğrafiya (Azərbaycan)
Red pog.svg
Xınalıq
A View from Xinaliq.jpg

Xınalıq (xın. Хыналыкъ) və ya yerli dildə: Kətiş (xın. Каьтиш) — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə). 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir.



redaktə  

Seçilən şəkil



redaktə  

Şəhərlər

Grandes Armes de Paris.svg

Paris (fr. Paris, tələf. Paği) — Fransa Respublikasının paytaxtı, ölkənin mühüm iqtisadi, mədəni və inzibati mərkəzidir. Fransanın şimalında, İl-de-Frans əyalətində, Sena çayı sahilində yerləşir. Paris böyük beynəlxalq əhəmiyyətə malikdir. Burada UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Beynəlxalq Ticarət Palatasının mənzil qərargahları yerləşir.

Körpülərin birində "Paris Meridianı" həkk olunmuş tunc medalyon

Şəhər Paris hövzəsinin mərkəzində, təxminən dəniz səviyyəsindən 65 m hündürlükdə yerləşmişdir. Parisin yaşayış məhəllələri 36 km-lik dairəvi yolla əhatələnmişdir. Parisin ərazisinə həmçinin şəhərdən qərbdə yerləşən Bulon və şərqdə yerləşən Vensen meşələri də aiddirlər. Şəhərin sahəsi 87 кm², adı çəkilən meşə zolaqları ilə birlikdə 105 кm²-dir.



redaktə  

Adalar

Stromboli (Siciliya)
Stromboli
Stromboli Ort.JPG

Stromboli (lat. strongulē, yun. στρογγύλη — "girdə, dairəvi"; it. Stromboli, sic. Struògnuli) — Tirren dənizində İtaliyaya məxsus, Siciliyanın şimal şərqində yrləşmiş kiçik vulkanik ada. Stromboli vulkanik dağ əmələgəlmə nəticəsində formalaşmış bir adadır. Əsas sakinləri əsasən adanın şimal qərbində, üç kənddə, eləcə də iki ən böyüyü San Bartalo, San Vinisenso və kiçik Cinostra kəndlərində yaşayan sicilyalılardan ibarətdir. İnzibati cəhətcə bu kəndlər Messina əyalətinin Lipari kommunasına aiddirlər.



redaktə  

Dağlar/Vulkanlar

Böyük Qafqaz (Qafqaz)
Böyük Qafqaz
Albours.jpg

Böyük Qafqaz XəzərQara dəniz arasında yerləşən dağ sistemi, Alp-Himalay dağ qurşağının tərkib hissəsi. Cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikasının ərazisində Gürcüstan respublikası və Rusiyanın Dağıstan MR ilə sərhəddəki Tinov-Rosso (3385 m)zirvəsindən başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-RossoBazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Rusiyanın Dağıstan ərazisinə düşür)və Bazardüzü zirvəsindən cənubdakı hissəsinin isə hər iki yamacı Azərbaycan ərazisinə daxildir. Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü - 4466 m, Tufandağ - 4191 m, Bazaryurd - 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.



redaktə  

Su hövzələri

Coğrafiya (Azərbaycan)
Azərbaycan fiziki xəritəsində Mingəçevir su anbarı (göy rəngli çevrə daxilində)
Mingachevir Reservoir, Azerbaijan.JPG

Mingəçevir su anbarı - Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış su anbarı.

Mingəçevir su anbarının və Su Elektrik Stansiyasının (SES) tikintisi 1953-cü ildə tamamlanıb. Su anbarının normal dolma səviyyəsində (83 m) ümumi su tutumu 15730 mln. m3, faydalı həcmi isə 8210 mln. m3-dir. Su anbarının çay boyu uzunluğu 70 km, eni 3 km-dən (bənddə) 18 km-ə qədər (Alazan çayı tökülən yerdə) dəyişir. Maksimal dərinliyi 75 m, orta dərinliyi 26 m, sahil xəttinin uzunluğu 247 km, su güzgüsünün sahəsi isə 605 km2-dir. Mingəçevir su anbarı bəndinin üstdən uzunluğu 1550 m, eni 16 m, hündürlüyü 80 m-dir (Avropadakı suvarma vasitəsiylə quraşdırılan ən hündür bəndlərdən biridir). Kür çayından ayrıca olaraq hövzə iki kanalı su ilə təchiz edir:

  1. 172 km uzunluğundakı Yuxarı Qarabağ Kanalı
  2. 123 km uzunluğundakı Yuxarı Şirvan Kanalı

Bu kanallar Mil, Muğan, Şirvan düzlərindəki min hektara yaxın ərazinin suvarılmasında istifadə edilir.



redaktə  

Bilirsinizmi



redaktə  

Bizim fauna


redaktə  

Təbiət

Puma (lat. Puma concolor) həmçinin dağ şiri kimi də tanınan, ŞimaliCənubi Amerikada yaşayan, pişiklər (Felidae) fəsiləsindən olan yırtıcı heyvan növü. Yalqız həyat tərzi keçirən bu böyük pişiyin yayılma arealı şimalda Kanadanın Yukon bölgəsindən cənubda And dağlarının cənubuna qədər olduqca geniş bir ərazini əhatə edir. Yaşadığı mühitə uyğunlaşma qabiliyyətinə malik olan Puma Amerika qitəsindəki müəyyən başlı hər habitatta iştirak edər. İnsanlar tərəfindən həddindən artıq ovlanma və təbii həyat sahələrində insanların məskunlaşması ilə əlaqədar olaraq tarixi yaşayış bölgələrində onların sayı kəskin azalmışdır. Ancaq bəzi ərazilərdə son zamanlarda qorunması ilə əlaqədar populasiyalarda artma müşahidə edilmişdir.



redaktə  

Təbiət qoruqları

Coğrafiya (Azərbaycan)
Crystal licq.png
Türyançay Dövlət Təbiət Qoruğu

Türyançay dövlət təbiət qoruğu1958-ci il mayın 6-da AğdamYevlax rayonlarının ərazisində dəniz səthindən 400 – 650 m. hündürdə təşkil olunmuşdur. Ümumi sahəsi 12,63-ha – dır və burada təbii landşaft (mənzərə) bərpa olunur və qorunur. Bu mənada püstə ağacı meşələrinə, ardıc kolluğuna, heyvanlar aləminə, torpaqların aşılaşmasına (eroziya) və Bozdağın (Turyançay və Alıcançay çaylarının arasında) təbii mənzərəsinə diqqəti nəzərə almaq lazımdır. Boz dağın tərkib hissəsini kiçik təbələr təşkil edir. Dağın cənub sahələrində torpaqlar eroziyaya uğramışdır və bitki aləmi demək olar ki, yoxdur.



redaktə  

Təbiət möcüzələri

Coğrafiya (İsveçrə)
Blue pog.svg
Rayxenbax şəlaləsi
Reichenbach.JPG

Reyxenbax və ya Rayxenbax şəlaləsi (alm. Reichenbachfälle‎) — İsveçrənin Mayringen kommunasının yaxınlığında, Reyxenbax dərəsinin aşağı hissəsində, Aar çayının qolu Reyxenbax üzərində yerləşən şəlalə. Hündürlüyü təxminən 250 metrdir. Alp dağlarında yerləşən ən məşhur şəlalələrdən biridir. Şəlaləyə Reyxenbax funikulyorunun köməyilə yetişmək mümkündür. Şəlalə bir neçə səbəbdən məşhurdur. Öz gözəlliyi və ölçülərindən başqa, o həm də beze şirniyyatının vətəni sayılan Mayringen yaxınlığında yerləşir. Şəlalənin məşhurluğunun digər səbəbi Şerlok Holmsdur. Artur Konan Doyl XIX əsrin sonunda şəlalənin yanında olarkən onun gözəlliyinə məftun olmuşdu. Daha sonra, o, belə qərara gəlir ki, Şerlok Holms məhz “bu dəhşətli yerdə” həlak olmalıdır.



redaktə  

Təbii yataqlar

Coğrafiya (Xəzər dənizi)
Oil drop.png
Azəri-Çıraq-Günəşli

Azəri-Çıraq-Günəşli - Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağı. Bakıdan təxminən 120 km şərqdə yerləşən bu yataq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkәti (ABƏŞ) adından BP şirkəti tərəfindən işlənir. AÇG neft yatağı iki əsas lay dəstindən ibarətdir: Fasilə və Balaxanı. Konsorsium əvvəlcə hasilata Fasilə layından başlayıb, sonra isə Balaxanı layına keçəcək. AÇG-də hasilat 1997-ci ilin noyabr ayında başlamışdır. 2011-ci ilin məlumatına görə AÇG yatağında beş platforma fəaliyyət göstərir. ABƏŞ konsorsiumunun sifarişi əsasında Qərbi Çıraq yatağı üçün növbəti, altıncı platformanın tikintisinə 2010-cu ildə başlanılıb. Platformanın tikintisinın 2013-cü ilin mart ayında başa çatdırılaraq istifadəyə verilməsi planlaşdırılır.

  • Çıraq platforması - Çıraq platforması Bakıdan 120 kilometr şərqdə Xəzər dənizində yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. Bu platforma Azəri-Çıraq-Günəşli (AÇG) yatağından İlkin neft adlanan neftin hasilatna başlamaqla 1997-ci ildən istismardadır.



redaktə  

Coğrafiyaşünaslar

Friedrich Ratzel.jpg

Fridriх Rаtsеl alm. Friedrich Ratzel‎ (1844-1904)—Alman etnoloqu, sosioloqu və coğrafiyaşünası. Diffuziyоnizmin ilk nümаyəndələrindən biri Fridriх Rаtsеl (1844-1904) аntrоpоcоğrаfiyа təliminə əsаslаnırdı. Əvvəlcə Münhеn, 1886-cı ildən Lеypsiq univеrsitеtlərinin cоğrаfiyа üzrə prоfеssоru оlаn Rаtsеl «Аntrоpоcоğrаfiyа» (1882-1891), «Хаlqşünаslıq» (1885-1888), «Tоrpаq və həyаt» (1901-1902) və digər əsərlərində insаnlаrın yеr üzərində yаyılmа аrеаlını göstərməklə mədəniyyətin inkişаfının cоğrаfi şərаitdən аsılı оlmаsı idеyаsını əsаslаndırmаğа cəhd еtmişdir. О, təbii mühitin еtnоsun dахili həyаtınа, оnun mədəni səviyyəsinə, hаbеlə хаlqlаr аrаsındа əlаqələrin хüsusiyyətlərinə təsir göstərən bütün fоrmаlаrını dərindən təhlil еtmişdir.



redaktə  

Kateqoriyalar



redaktə  

Coğrafiyadan maraqlı faktlar

Welna Nielba.jpg

Polşada olan VelnaNelba çayları bir biri ilə 90˚ ilə birləşir



redaktə  

Bu ayda...

SuezCanal-EO.JPG




Coğrafiya Vikixəbərdə     Coğrafiya Vikisitatda     Coğrafiya Vikikitabda     Coğrafiya Vikimənbədə     Coğrafiya Vikilüğətdə     Coğrafiya Vikiversitetdə     Coğrafiya Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər & Mətnlər Mətnlər Sözlər Dərs mənbələri Mediafayllar
Wikinews-logo.svg
Wikiquote-logo.svg
Wikibooks-logo.svg
Wikisource-logo.svg
Wiktionary-logo.svg
Wikiversity-logo.svg
Commons-logo.svg