Ana Səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
HSUtvald.svg
Həftənin seçilmiş məqaləsi
Malcolm X NYWTS 4.jpg
Malkolm XABŞ-ın müsəlman icmasının rəhbərlərindən biri və afroamerikan insan haqları hərəkatının məhşur aktivisti. O, ən çox qaradərililərin hüquqlarının müdafiəsi məsələsində mövcud olan mübahisələrə görə tanınır. Bəziləri onu ağdərili amerikalıları qaradərili amerikalılara etdiklərinə görə çox sərt tərzdə tənqid edən şəxs kimi, bəziləri isə irqçiliyi və şiddəti təbliğ edən şəxs kimi qəbul edirlər.

Malkolm Littl Nebraska ştatının Omaha şəhərində anadan olmuşdur. Atasının ölümündən və anasının xəstəxanaya düşməsindən sonra yeniyetməlik illərini qoruyucu evlərdə keçirmişdir. 1943-cü ildə Nyu-York şəhərinin Harlem məhəlləsinə köçmüşdür.

Nyu-Yorkda bəzi qeyri-qanuni işlərlə məşğul olmuşdur. 1946-cı ildə oğurluğa, şəxsi mülkə icazəsiz daxil olmaya görə 10 il həbsə məhkum edilmişdir. Həbsxanada "İslam milləti" hərəkatına qoşulmuş və adını Malkolm X etmişdir. 1952-ci ildə icbari işlə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra, tez bir zamanda təşkilatın ən güclü şəxslərindən birinə çevrilmişdir.

(Davamı...)

HS VdQ.svg
Həftənin yaxşı məqaləsi
Em - Hydrodamalis gigas model.jpg
Dəniz inəyi — insan tərəfindən nəsli kəsilən (1768), Sirenlər dəstəsinə daxil olan məməli növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır.

Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir.

Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan (ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı.

(Davamı...)

HS Liste.svg
Həftənin seçilmiş siyahısı
Nobel2008Economics news conference1.jpg
İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısıİsveç Kral Elmləri Akademiyası tərəfindən hər il iqtisadi elmlər sahəsində araşdırma aparan tədqiqatçılara verilir.

İlk mükafatın qalibləri 1969-cu ildə Raqnar FrişYan Tinberqen olmuşdur. Hər bir laureat medal, diplom və miqdarı hər il dəyişən pul mükafatı alır. 1969-cu ildə Tinberqen və Frişə 375,000 İsveç kronu verilmişdi(bu pul 2007-ci ildə 2,871,041 İsveç kronudur). Mükafat Stokholmda Alfred Nobelin vəfatının ildönümü olan dekabrın 10-da illik mərasimdə təqdim olunur

2018-ci ildəki mükafatla birlikdə 50 İqtisadiyyat üzrə Nobel mükafatı 81 şəxsə verildi. 2007-ci ilə qədər 9 mükafatla ən çox mükafatın əldə edildiyi sahə makroiqtisadiyyatdır. 2018-in oktyabrından etibarən ən çox laureata sahib universitet 32 laureatla Çikaqo Universiteti olmuşdu.

HSCommons.svg
Günün seçilmiş şəkli
Dülmen, Heilig-Kreuz-Kirche, Altar -- 2019 -- 3113-7.jpg
PL Wiki Aktualnosci ikona.svg
Xəbərlər
Sonra biz rəqs etdik posteri
  • Almaniyadan 61 nəfər Azərbaycan vətəndaşı deportasiya olunub. Onların arasında 21 uşaq var. Almaniya polisi onları qanunsuz miqrant hesab edib, həmçinin bir neçə Azərbaycan vətəndaşını bu qanunsuz miqrasiyaya dəstək olmaqda ittiham edərək həbs edib.
  • İranda yeni təhsil planına əsasən Ömər Xəyyamın rübailəri yerli məktəblərinin dərsliklərindən çıxarıla bilər.
  • Boliviyanın keçmiş prezidenti Evo Morales Meksikada siyasi sığınacaq alıb.
  • Rejissor Levan Akinin çəkdiyi "Sonra biz rəqs etdik" (poster) premyerası TbilisiBatumidə ultra-konservativ və rusiyapərəst qüvvələrlə polisin toqquşmalarına səbəb olmuşdur.


Son ölümlər: Mari Lafore, Vladimir Bukovski, Əbu Bəkr əl-Bağdadi, Vasim Məmmədəliyev, Aleksey Leonov, Aleksey Saprıkin

Datum16.svg
Tarixdə bu gün
16 noyabr: * Birləşmiş Millətlər Təşkilatı BMT Beynəlxalq tolerantlıq günü. * YUNESKO təsis edilmişdir, (1945-ci il).

Əhəmiyyətli hadisələr

YUNESKO-nun bayrağı
  • 1869Süveyş kanalı formal olaraq açılmışdır.
    • 1918Macarıstan müstəqilliyini elan etmişdir.
    • 1918Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri Əlimərdan bəy Topçubaşov İstanbulda İran səfiri Mirzə Mahmud xanla görüşmüşdür.
    • 1920Stalin Leninə teleqramında “Bakını fəal müdafiə yolu ilə təsadüflərdən qorumaq üçün ən azı 5 diviziya lazımdır... əks halda düşmən ilk hücumdaca Yelizavetpolu tutaraq 18-ci ildəkinə bənzər Azərbaycan burjua hökuməti yaratmaq imkanı əldə edəcək” - deyə xəbərdarlıq etmişdir.
    • 1921 — Azərbaycan SSR MİK Rəyasət Heyəti “Zaqafqaziya respublikalarının vahid federativ ittifaqda birləşdirilməsi prinsip etibarilə təxirəsalınmaz zərurət sayılması barədə” qərar verib.
    • 1933Amerika Birləşmiş Ştatları ilə SSRİ diplomatik əlaqələr qurmuşdur.
    • 1945 — Amerisium (atom nömrəsi 95) və kürium (96) kimyəvi elementlərinin alınması rəsmən elan edilib.
    • 1988 — Estoniya SSR Ali Soveti respublikanın suverenliyi haqda qərar qəbul etmişdir
    • 1994Azərbaycan Respublikası ilə Əfqanıstan arasınfa diplomatik əlaqələr qurulmuşdur.

    Digər günlər: 15 noyabr16 noyabr17 noyabr

  • PL Wiki CzyWiesz ikona.svg
    Bilirsinizmi...
    Keçirilən Asiya ayı layihəsinin çərçivəsində yazılmış məqalələrindən
    Tulou